
- A-
- A
- A+
Cəmiyyət
16:32 / 01.05.2016
2 dəq oxunma
Bakıda gənc qızın mədəsindən görün nə çıxdı -Foto
Hazırda oxunan: Bakıda gənc qızın mədəsindən görün nə çıxdı -Foto
134698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qarın ağrısı ilə xəstəxanaya gələn qızın mədəsindən çıxanlar həkimləri təəccübləndirib. 18 yaşlı qızın mədəsindən uzunluğu 10, eni isə 8 santimetr olan tük topası çıxıb.
Mərkəzi Dənizçilər xəstəxanasında əməliyyat olunan Aytac adlı qızın həkimi Mamed Ramazanovun ANS-ə verdiyi məlumata görə, bu, mində bir təsadüf edilə biləcək bir hadisədir. Həkimin sözlərinə görə, belə faktlar iki cür olur, fitobezoar (bitki mənşəli, ən çox İran xurmasından əmələ gəlir) və trixobezoar (saçdan əmələ gəlir).
"Aytac bizim xəstəxanaya ağrı ilə gəlmişdi. Rentgen nəticəsində gördük ki, mədəsində qeyri-adi kütlə var. Əməliyyat zamanı məlum oldu ki, bu tük yığınıdır. Təxminən bir il olar ki, bu tük onun mədəsində yığılıb qalıb. Hətta, tükün bir ucu bağırsağına çatırdı", - deyə həkim bildirib.
M.Ramazanov onu da qeyd edib ki, bu nadir hadisəyə o, iş təcrübəsində daha öncə də rast gəlib. "Bu proses özünü qaytarma, kəskin ağrı ilə biruzə verir".
Həkim hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
Bənzər hadisə ilə həkimlər 2012-ci ildə də qarşılaşıblar. Qəbələ sakini 15 yaşlı Fatma Osmanovanın mədə və bağırsağından 2 kiloqram tük çıxıb.
Respublika Klinik Xəstəxanasınnın professoru, cərrah Fariz Camalov bildirib ki, qız xəstəxanaya gətiriləndə mədəsində toplanan “qida”x9d onun nəinki mədəsinin, həm də 12 barmaq bağırsağına qədər yığılaraq həmin orqanların bütün divarlarına pərçimlənib. Cərrahiyyənin ən ağır patalogiyası formasında olan qızı dərhal əməliyyat stoluna qaldırıblar. Əməliyyat ağır keçsə də, mədənin və 12 barmaq bağırsağın formasını alan tük kütləsini orqandan azad edib.
Cərrahiyyə yolu ilə mədəsindəki 2 kiloqram tükdən azad olan Fatma Osmanova 7 günlük stasionar müalicə alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































