- A-
- A
- A+
Cəmiyyət
12:20 / 30.04.2016
1 dəq oxunma
Baş həkim: Ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan sonuncu xəstənin vəziyyəti orta-ağırdır
Hazırda oxunan: Baş həkim: Ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan sonuncu xəstənin vəziyyəti orta-ağırdır
134535
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamda yaralanan dinc sakinlərdən yalnız biri hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir.
Bunu Trend-ə Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev deyib.
Onun sözlərinə görə, hazırda xəstəxanada 1 xəstə - Ağdam rayonun Əfətli kənd sakini Məmmədov Elnur Polu oğlu müalicə edilir:
"Həmin şəxs əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir. Onun səhhətində həyat üçün təhlükəli problem yoxdur. Hazırda palata şəraitində müalicə olunan Elnur yaxın vaxtlada ambulator müalicəyə göndəriləcək".
B.Haqverdiyev deyib ki, ermənilən atəşkəsi pozması nəticəsində yaralanan 7 nəfərdən 3-nün vəziyyəti təhlükəli olmadığı üçün Bərdə Müalicə Diaqnostika Mərkəzinə köçürülüb.
Qeyd edək ki, aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində 9 nəfər yaralanıb. Onlardan 2-si - Çəmənli kənd sakinləri Hüseynov Əli Müseyib oğlu və Mustafayev Famil Əli oğlu həlak olub.
Hadisə nəticəsində Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu, Kərimov Sirdaş Şükür oğlu, Məmmədov Adil Musdu oğlu, Əfətli kənd sakini Məmmədov Elnur Polu oğlu, Qaradağlı kənd sakini Qarayev Elgiz Elbrus oğlu, Zəngişalı kənd sakini İmanov Məhəmmədəli Soltan oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































