"Nazir zahirən sərt görünsə də, daxilən humanist, ədalətli və qayğıkeşdir"

Hazırda oxunan: "Nazir zahirən sərt görünsə də, daxilən humanist, ədalətli və qayğıkeşdir"
134515
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Keçmiş SSRİ məkanında Azərbaycan milisinin ictimai qaydanın  və vətəndaşların təhlükəsizliyinin müdafiəsində, ictimai əmlakın mənimsənilməsinə qarşı mübarizədə danılmaz rolu olmuşdur. Cəmiyyətin üzvlərinin iştirakı ilə aparılan mübarizə, habelə daxil olmuş əməliyyat məlumatlarının peşəkarlıqla həyata keçirilməsi həmişə səmərəli nəticəsini vermişdir. Etiraf etməliyik ki, müasir polisin fəaliyyəti və peşəkarlığı keçmiş milisin cinayətkarlıqla  mübarizə siyasətinin geniş təcrübəsinin üzərində qurulduğundan həmin praktikadan bu gün də istifadə edilir. Amma, 70 il bundan öncəki milis deyil. Müasir Azərbaycan polisi cinayətkarlıqla mübarizənin təcrübəsindən faydalandıqca innovativ vasitələrdən də ustalıqla istifadə etməyi bacarır, təkmilləşir, bəzi növ cinayətlərin, ələlxüsus mütəşəkkil cinayətkarlığın növləri olan insan alveri və narkomaniya ilə  mübarizədəki fəaliyyətləri beynəlxalq təşkilatların rəğbətinə layiq görülmüş, terrorizmlə mübarizədə isə inkişaf etmiş dövlətlərin hesabatlarında layiqli sırada qərar tutur. Bunun məntiqli səbəbləri var. Əvvəla, Azərbaycan polisi dövlətin cinayətkarlıqla  mübarizə siyasətinin formalaşdırılmasında riyazi dəqiqliklə iştirakı var. İkincisi; Respublika Daxili İşlər Nazirliyinin  kollegiya sədri, general-polkovnik Ramil Usubov və kollegiya üzvləri bu mühüm işdə prinsipallıq nümayiş etdirir, tapşırılan sahəyə ciddi nəzarət, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, şəxsi heyətin içdikləri anda sədaqət var. Üçüncüsü; Müasir Azərbaycan Polisi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq normaların və konvensiyaların tələblərindən irəli gələn,  Avropada təhlükəsizliyin təminatı ilə uzlaşan demokratik islahatların həyata keçirilməsini fəaliyyət istiqamətlərinin prioriteti kimi qəbul edir.
Müasir Azərbaycan polisi  nüfuzunun yüksəlməsinə təsir edən, bəlkə də adi düşüncədən kənarda qalan, bəzən unudulan, sezilməyən əsas faktor demokratik, hüquqi dövlətin 70 ildən sonra, keçid dövründə daxildə cinayətkarlıqla, onun gözlənilməyən növləri - insan alveri, mütəşəkkil cinayətkarlıqla mübarizə ilə yanaşı doğma vətənin müdafiəsində tərəddüd etmədən iştirakı olmuşdur. Vətən savaşının qəhrəmanlıq salnaməsini barmaqlarını öz qanına batıraraq yazdılar. Müstəqil Azərbaycan tariximizin  şanlı səhifələri zənginləşdi. Mən, bu faktı həmişə uca, lap uca tutmuşam, tutacağam və fəxr edirəm ki, nazirin əmri ilə mən də bu savaşın və 50 nəfərdən ibarət polis döyüşçülərinin komandiri olmuşam. Dünyasını dəyişənlərin ruhu şad olsun!
Azərbaycan polisi artıq 35 ildir ki, müstəqil ölkəmizdə daxili sabitliyinin qorunmasında şərəfli xidmətini, andına və xalqına sədaqəti nümayiş etdirməklə yorulmadan çalşır. Kriminogen durum nəzarətdə, ictimai münasibətlərə zidd davranışlar daimi müşahidədə, şəxsi heyətin xidməti isə etimada layiq davam edir. 
Dövlətin polisə olan münasibətinin, son zamanlar diqqət çəkən əsas cəhətlərindən biri bu xidmətə olan layiqli qayğının davam edilməsidir. İctimaiyyət yəqin ki,  bir müddət öncə ölkə Prezidenti İlham Əliyevin ictimai polisin yaradılması ilə bağlı fərmanını xatırlayır. Fərmanın mahiyyəti və məramı cinayətkarlıqla mübarizədə ictimaiyyətin mümkün qədər kənarda seyrçi mövqedə dayanmasından və konstitusion vəzifələrə xas tərzdə polis orqanlarına dəstək olmasından ibarətdir. Bir növ, Azərbaycan dövlətinin konstitusiyanın 12-ci maddəsində ehtiva edilən ”“ insan və vətəndaş hüquqlarının və azadlıqlarının,  Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təminindən ibarət olan  ali məqsədininin bariz nümunəsidir.
Tarixi mənbələrə görə “polis”x9d təsis edilməyənə qədər Avropa ölkələrində ictimai qaydanın mühafizəsi missiyasını ayrı-ayrı qurumlar icra etmişlər. Məs. İngiltərədə polis təxminən 1822-ci illərdə təşəkkül tapmışdır.
Artıq 200 ilə yaxındır ki, ingilis polisi xalqa xidmət edir və bu işdə ictimaiyyət yetərincə dəstək olur. İngiltərə polisi bu gün həmin dövrlərdə Daxili İşlər naziri və baş nazir postunda çalışan Robert Pilin adı ilə yad edilir. O, 1809-1850-ci illər ərzində  İngiltərə Parlamentinin üzvü, 1822-1827-ci illərdə Daxili İşlər Naziri, 1834-1835-ci və  1841-1846-cı illərdə iki dəfə ölkənin baş naziri olmuşdur. 1829-cu ildə isə Robert Pil (Bobbi) Londonda nizamlı polis qüvvələrini yaratdı və o vaxtdan polis onun adı ilə “Bobbi”x9d (Robert sözünün qısaldılmış ləqəbi) adlandırmışlar. Güman etmək olar ki, yaradılan nizamlı polis  bu gün də ictimaiyyət arasında Bobbilər (yəni Robertin yaratdığı polislər) adlandırırlar.
Müasir Azərbaycan polisinə də  indi “ictimai polis”x9d və yaxud  “cəmiyyətin dəstəklədiyi polis dayaq olur. Bu,  Prezident İlham Əliyevin məntiqli siyasətinin davamı kimi təşəbbüsə bulunan şəxslərin adı ilə həmişə yadda qalacaq, ictimaiyyət tərəfindən xatırlanacaq.
Məlum fərmanın qüvvəyə günə qədər  və sonra polisin ünvanına narazılıq ifadələri işlədilib, hələ işlədiləcək. Polisin fəaliyyətində nöqsanlar,  əməkdaşların hərəkətlərində qeyri-etii davranışlar, korrektə edilməli olan, görünən və görünməyən hallar da təbii ki, var deyil. Belə hallar həmişə, hər yerdə  olub və olacaq. Lakin sosial şəbəkələrdə “milçəkdən fil”x9d düzəldib manşetdə yerləşdirmək hər birimizə ziyandır. Mən bu sayaq publisistikanı və ekspert rəylərini puç adlandırıram. Polisin nöqsanlarına isə haqq qazandırmaqdan uza]am. İl ərzində  rəsmi qeydiyyata alınan 26 min cinayətlərim 82%-dən  çoxunun açılması  sağlam düşüncəli insanlar üçün çox şey açır. Ötən ildə insan alveri cinayətələrinin  açılması isə 92% təşkil etmişdir.
Hər il  polis əməkdaşlarının hərəkətlərinə, polisin etik davranış qaydalarına və yaxud bu qaydalara uyğun olmayan, bir araya sığmayan əməllərinə intizam, bəzən də  cinayət məsuliyyətinə uyğun hüquqi qiymət verilir.
Nazir zahirən sərt görünsə də, daxilən humanist, ədalətli, mərhəmətli və qayğıkeşdir. Artıq, gənclərdən ibarət sağlam düşüncəli və gələcəkdə polis orqanlarında çalışmaq istəyən namizədlərin seçiminə start verilib. İşə götürülən  gənclərin hər biri sivil test qaydalarına uyğun təyinat alırlar. Namizədlərin seçilməsinə  Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov şəxsən nəzarət edir.
Şübhəm yoxdur ki, gələcək polis əməkdaşlarının xidmətindən ictimaiyyət qurur duyacaq və polisin artan nüfuzunda xidmətləri olacaq.
Bu yolda DİN-in çox minli şəxsi heyətinə  şərəfli xidmətlərinin uğurla və yorulmadan  həyata keçirilməsində Allahdan kömək istəyirəm. Tanrı onları qorusun! 


 “Polisə Dəstək”x9d İB-nin sədri Şəmsəddin Əliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO