Sarkisyanın işdən qovduğu generalın şok məktubu yayıldı  -Foto

Sarkisyanın işdən qovduğu generalın şok məktubu yayıldı -Foto

Hazırda oxunan: Sarkisyanın işdən qovduğu generalın şok məktubu yayıldı -Foto

134174
Ötən gün Ermənistan Prezidenti Serj Sərkisyanın istefaya göndərdiyi general, Müdafiə nazirinin müavini Alik Mirzəbekyanın vəzifədə olarkən Dördgünlük müharibə ilə bağlı hesabat xarakterli məktubu yayılıb.
 
Sosial şəbəkələrdə yayılan məktub Dördgünlük müharibə zamanı ermənilərin verdiyi dəhşətli itkiləri bir daha göz önünə sərir. Alik Mirzəbekyanın Dağlıq Qarabağdakı separat rejimin “müdafiə naziri”x9d Levon Mnatsakyana göndərdiyi məktubda Azərbaycan ordusunun erməni hərbi birləşmələrini sıradan çıxarması açıq-aşkar ifadələrlə etiraf edilir. 
 
Ermənistan Müdafiə nazirinin müavini Mirzəbekyan məktubu aprelin 11-də Mnatsakyana göndərib. 
 
Axar.az həmin məktubu olduğu kimi təqdim edir:
 
“Dağlıq Qarabağ Respublikası”x9dnın “müdafiə naziri”x9d general-leytenant L.Mnatsakyana
 
Ermənistan Respublikasının Müdafiə naziri general-polkovnik Seyran Ohanyanın əmrinə əsasən “Dağlıq Qarabağ Respublikası ordusu”x9dnun hərbi hissələrində maddi-texniki vəziyyətin inspeksiyası aparılıb və aşağıdakı çatışmazlıqlar müəyyən edilib. 
 
Yoxlama prosesində müəyyən olunub ki, döyüş fəaliyyəti zamanı çoxlu sayda avtomobil texnikası məhv edilib, yerdə qalanların böyük hissəsi istifadəyə yararlı vəziyyətdə deyil. Qeyri-kafi vəziyyətdə olan texnika və köhnə konstruksiyalı zirehli texnikanı bərpa etmək mümkün deyil. Bu zirehli texnikanın böyük əksəriyyəti isə tırtıllılardır. 
 
“DQR ordusu”x9dnun təmir-bərpa bazalarında hərbi texnikanın təmir və bərpası üçün gərəkli olan ehtiyat hissələrinin çatışmazlığı müşahidə edilir. Bunun da nəticəsində texnika istifadəyə yararsız vəziyyətdə olur. Bu çatışmazlıqlar birbaşa “DQR”x9din təhlükəsizliyi və müdafiəsinə təsir edir. 
 
Həmçinin müəyyən olunub ki, döyüş fəaliyyəti zamanı bölmələrdə sursatların və yanacaq-sürtkü yağları materiallarının çatışmazlığı hiss edilib. Yuxarıda göstərilən problemlərlə yanaşı, avtomobil texnikasının olmaması ucbatından döyüş mövqeyinə hərbi sursatların çatdırılması mütəmadi həyata keçirilməyib. 
 
Yuxarıda göstərilən çatışmazlıqlar aşkar göstərir ki, “Dağlıq Qarabağ ordusu”x9dnun maddi-texniki sferasında ciddi problemlər mövcuddur. 
 
“Dağlıq Qarabağ ordusu”x9dnun təhlükəsizliyinin təminatı üçün qısa müddət ərzində texniki baxış və təmir-bərpa işləri istiqamətində yuxarıdakı çatışmazlıqların aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir. 
 
Hörmətlə, general-leytenant A.Mirzəbekyan”x9d.(Axar.az)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO