Lavrov:

Lavrov: "ATƏT-in Minsk qrupunun alternativi yoxdur"

Hazırda oxunan: Lavrov: "ATƏT-in Minsk qrupunun alternativi yoxdur"

133284
Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır.

Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib.xa0

“Biz paralel kanallar axtarmağı, tərəflərin etimadını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, yalnız diqqəti əsas məsələdən - təhlükəsizliyi təmin etmək, yeni qurbanların olmasının qarşısını almaq və siyasi prosesin yenidən başlaması üçün şərait yaratmaqdan yayındıracaq”x9d - Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin özləri qərar verməlidirlər, Rusiya və Minsk qrupunun digər həmsədrləri - ABŞ və Fransa isə bu işdə onlara yardım etmək üçün çalışacaqlar.

“Bizim mövqeyimiz birdir, həmsədrlərin üçlüyü tərəflərin razılaşdıqları mandata müvafiq olaraq əsas koordinator funksiyasını həyata keçirməlidir”x9d, ”“ Rusiya XİN-in rəhbəri əlavə edib.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO