Aprelin əvvəlində Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi təxribatlara görə ölkəmizə bir sıra dövlətlərdən çoxsaylı dəstək gəldi.
Gələn dəstək mesajlarının fonunda ən çox Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında olduğunun şahidi olduq. Belə ki, elə döyüş əməliyyatlarının ilk günlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, digər ictimai-siyasi elitaya məxus şəxslər Azərbaycanın haqlı mövqeyini bir daha müdafiəsinə qalxdılar. Twitter sosial şəbəkəsində ”ª#”ŽTürkiyeSeninleAzerbaycan”¬ həştəqi yaradıldı və orada ölkəmizə, ordumuza sonsuz sayda dəstək mesajlarının yazıldı.
Daha sonra Ağ Evin rəsmi saytında azərbaycanlıların Ermənistanın Dağlıq Qarabağdakı təcavüzkar əməllərinə son qoyulması üçün prezident Barak Obamaya müraciət etmələri ilə bağlı başlatdıqları petisiyaya Türkiyə türkləri də imza atmaqla qardaş olduqlarını bir daha sübut etdilər.
Bu günlərdə isə Türkiyənin sabiq Baş Qərargah rəisi İlkər Başbuğ cəbhədə baş verən hadisələrindən danışarkən Azərbaycanla Türkiyənin bir dövlət olmasının ən böyük xəyalı olduğunu dilə gətirdi.
"Həmişə tək millət, iki dövlət deyirik. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Lakin bu iki dövlətin birləşməsi mümkün deyil, bunu etməzlər. Kaş ki, şərtlər uyğun olsaydı”¦", ”“ deyə Başbuğ belə bir xəyalının olduğunu ictimaiyyətə açıqladı.
İlkər Başbuğun sözügedən ideyasının gerçəkləşməsinin mümkün olub-olmaması ilə bağlı sualı millət vəkili Fazil Mustafa cavablandırıb.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, bu ideya təkcə Başbuğa aid deyil, bütövlükdə türk dünyasında olan və Azərbaycan Türkiyə areallarında olan türkçülük ideyası daşıyan insanlar üçün aktualdır. Konfederasiya formasında bu dövlətlərin vahid orqanizm kimi birləşməsi nəzərdə tutulur: "Bu fikir bizim də gələcək ideyalarımızda yer alır. Amma indiki şərtlərdə Azərbaycan Rusiya arealının içərisində müəyyən təhlükələr yaşadığına görə, Türkiyənin də təhlükələrlə üzləşdiyini nəzərə alaraq bunu gerçəkləşdirmək real görünmür. Gələcəkdə isə belə bir zərurətin olması ehtimalı böyükdür. Birinci şərt olaraq burada Türkiyənin bölgədə aparıcı gücə çevrilməsi əhəmiyyətlidir. Çünki Türkiyənin başqa ölkələrlə ən azı bərabər səviyyədə siyasətini yürüdə bilir. Bu isə yetərli deyil. Ciddi bir dünya dövlətinə çevrilməsi lazımdır ki, müəyyən məsələlərin reallaşmasında başqa ölkələrin maneçiliyinin qarşısını ala bilsin.
Digər tərəfdən Rusiyanın müəyyən qədər bölgədən çəkilməsi vacibdir ki, Azərbaycan daha müstəqil qərar qəbul edə bilsin. Bu, birinci növbədə Azərbaycanın təhlükəsizliyi baxımından faydalı ideyadır. Bu formatda qonşu dövlətlərin təzyiqi ilə müəyyən dərəcədə müstəqilliyimiz üçün həmişə bir təhdidlə yaşayacağıq. Amma biz Türkiyə ilə hansısa konfederativ əsaslarla uzlaşma yolu tapmağımız gələcəkdə həm də mövcudluğumuzun qorunması üçün olmazsa olmaza çevrilə bilər. Ona görə də mən indiki şərtlərdə bunu real saymasam da gələcəyin layihəsi kimi gözdən çıxarılmasının da doğru olmayacağını düşünürəm, bu məsələ həmişə diqqətimizdə qalmalıdır".



































































































