MDB XİN rəhbərləri Qarabağda atəşi dayandırmağa çağırdılar

MDB XİN rəhbərləri Qarabağda atəşi dayandırmağa çağırdılar

Hazırda oxunan: MDB XİN rəhbərləri Qarabağda atəşi dayandırmağa çağırdılar
131019
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
MDB-də həmsədr ölkələrin (Rusiya, Qırğızıstan, Qazaxıstan) XİN rəhbərləri Dağlıq Qarabağda münaqişə tərəflərini atəşkəsə riayət etməyə və vəziyyətin sabitləşməsi üçün tədbirlər görməyə çağırıblar.  

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Birliyin həmsədr ölkələrinin xarici işlər nazirlərinin Dağlıq Qarabağ zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatında deyilir. 

“Müstəqil Dövlətlər Birliyində Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində itkilərə, o cümlədən də dinc əhali arasında silahlı qarşıdurmalar haqqında xəbərlər çox böyük narahatlıq doğurur”x9d, - bəyanatda deyilir.  

“Münaqişə tərəfləri hərbi əməliyyatların dayandırılması rejiminə ciddi riayət etməyə və yeni insan itkilərinə yol verməmək üçün səbir nümayiş etdirməyə çağırırıq, - sənəddə vurğulanır. ”“ Vəziyyətin sabitləşməsi və münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrlərinin müəyyən etdikləri prinsiplər əsasında dinc yol ilə tənzimlənməsi üçün mümkün qədər tez bir zaman ərzində tədbir görmək lazımdır”x9d.

MDB-də həmsədr ölkələrin XİN rəhbərlərinin bəyanatı MDB XİN Şurasının iclasında yayılıb, iclas cümə günü Moskvada keçirilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO