"Sən qadınları, uşaqları düşünürsənmi ki, hökumət də sənin kimiləri düşünsün?"

Hazırda oxunan: "Sən qadınları, uşaqları düşünürsənmi ki, hökumət də sənin kimiləri düşünsün?"

129691
"Himnimizdən başqa müzakirə etməyə daha vacib mövzular var!" Azərbaycan obıvatelinin sevdiyi ifadədir. Məsələn mən, himndən də vacib bir mövzunu hər gün paylaşıram: Mütailə, Kitab oxumaq, Maariflənmək... Oxuyub tamamladığım kitablar barədə bilgi verirəm. Bu adamlardan bir reaksiya yox. Bəyənənlərin də sayı o biri mövzulardan qat-qat azdır. Dünən liftdən əlində yanar siqaretlə çıxan qonşu ağsaqqalla üz-üzə gəldik. "Müəllim, bu hökumət niyə biz kasıbları düşünmür?" dedi. Dedim ki, "Sən bu liftə girəndə buraya minəcək və siqaretin tüstüsündən rahatsız olacaq qadınları, uşaqları düşünürsənmi ki, hökumət də sənin kimiləri düşünsün?"xa0

Əslində Azərbaycanda insanlarımızın çoxusu özünə aid funksiyanı doğru-dürüst yerinə yetirmədən başqasının sahəsinə girib nəyisə tələb etməyi özünə rəva bilir. Anlatmaq istədiyim budur ki, bütün mövzular aktualdır, toxunulmaz mövzular yoxdur, cəmiyyət hamısını müzakirə və mübahisə edərək inkişaf edər. Bu səhifə mənim intellektual mülkiyyətimdir, ağlıma, düşüncəmə görə aktual və vacib bildiyim mövzuların seçimini etməkdə tam sərbəstəm. Şəxsən mən hansısa şəxsin statusundakı mövzu maraq dairəmə uyğun olmadıqda sakitcə nəzər salıb keçirəm. Daha yazmıram ki, "niyə Barselonanın oyunu dura-dura Kəpəzdən yazırsınız?" Kimsə nəyisə bəyənib-bəyənməyə bilər. Hansısa mövqeyimizi yanlış və ya doğru hesab edə bilər. Buna biz sözüm yox. Kimsə inciməsin, ən ərdəmsiz mövqe "daha vacib mövzular dururkən, filan mövzunun müzakirəsinə nə gərək var" deyilməsidir.

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO