Birinci qrup əlil, Qarabağ müharibəsi veteranı, keçmiş polis əməkdaşı Mətləb Məmmədov bir müddət öncə Moderator.az vasitəsi ilə daxili işlər naziri Ramil Usubova müraciət edərək ağır şəkər xəstəsi kimi qıçının birinin amputasiya olunduğunu, damarları əməliyyat olunmayacağı təqdirdə ikinci ayağının da amputasiya təhlükəsi ilə üz-üzə qaldığını bildirmiş, dəstək göstərilməsini xahiş etmişdi.
( Həmin müraciəti bu linkdən oxumaq olar---moderator.az/news/111851.html)
Təqdirələyiq haldır ki, hər zaman saytımızda rəhbərlik etdiyi qurumla bağlı gedən yazılara şəxsən diqqət göstərərək operativ reaksiyası ilə seçilən Ramil müəllim bu dəfə də çox böyük qayğıkeşlik sərgiləyərək keçmiş polis əməkdaşının bu harayına da biganə qalmadı, Mətləb Məmmədovun həyatda qalması üçün əlindən gələni əsirgəmədi.
Elə M. Məmmədovun israrlı xahişi ilə onun DİN rəhbərinə minnətdarlıq məktubunu təqdim edirik:
Azərbaycan Respublikasının Daxili İşlər Naziri polis general-polkovniki cənab Ramil Usubova
Minnətdarlıq
məktubu
Çox hörmətli
cənab nazir, Möhtərəm Ramil Usubov! Səhhətimlə bağlı Sizə müraciət etmişdim.
Sol ayağımı itirmişəm, sağ ayağımı isə itirməklə üz-üzə idim. Mənə həm mənəvi, həm
də maddi dayaq oldunuz.
Arif Heydərov
adına DİN-nin Hospitalında çox yaxşı şəraitdə, isti və mehriban münasibət əhatəsində
yüksək səviyyədə müayinə və müalicə olundum. Sonra Azərbaycan Respublikasının
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında əməliyyat olundum. Ağır və
uğurlu əməliyyatdan sonra indi evdə nəvəmin yanındayam və özümü əla hiss edirəm.
Cənab nazir,
Möhtərəm Ramil müəllim! Başda Siz olmaqla DİN-in mətbuat xidmətinin rəisi
polis-polkovniki Sadiq Gözəlova, DİN-in Tibb İdarəsinin rəisi tibbi xidmət
polkovniki Mahmud Yusifova, Hospitalın rəisi tibbi xidmət polkovniki Ramiz Əkbərova,
Hospitalımızın radioloji həkimi tibbi xidmət kapitanı Əli Əliyevə, cərrah tibb
xidmətinin baş leytenantı Vüsal Eminova minnətdaram. Nə yaxşı ki, həyatda bizim
doğma nazirliyimizdə belə insanlar var. Şəxsən Sizə təkar olaraq mənə maddi və
mənəvi kömək göstərdiyiniz üçün dəfələrlə minnətdaram. Sizə can sağlığı, uzun
ömür arzulayıram.
Sizə hörmət bəsləyən
keçmiş polis starşinası, müharibə veteranı, birinci qrup əlil Məmmədov Mətləb Yusif
oğlu





































































































