Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO

Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO

Hazırda oxunan: Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO
127440
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın daha bir ərazisində yaşıllıqlar hasara alınıb. 

Söhbət Xətai rayonu Məhəmməd Hadi küçəsindəki “Yellow market”lə üzbəüz ərazidən gedir. 

Bu ərazidə xeyli sahə bayram günlərində dəmir hasara alınıb. Yəqinki, burda yaxın vaxtlarda inşaat işlərinə də başlanılacaq. Halbuki, hasara alınan ərazidə xeyli sayda iri ağac var. Aparılacaq tikinti işləri zamanı həmin ağacların qırılma təhlükəsi çox böyükdür. Bunu nəzərə alan yerli sakinlər bizim sayta müraciət edib.

Sakinlərin narahatçılığına aydınlıq gətirmək üçün Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Bizim.Media-ya bildirdi ki, Sizin müraciətinizdən sonra əraziyə bir daha baxış keçirdik:

“Ərazi özəlləşdirilib. Dövlət Reysterindən çıxarışları var. Hələlik tikinti işlərinə başlanılmayıb. Amma nə tikiləcəyini biz də bilmirik. Lakin, bütün hallarda ərazidəki ağacların qorunması üçün bizdən asılı olan hər şeyi ediləcək. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da məsələdən xəbərləri var. Adətən belə hallarda Nazirliyin göstərişi ilə ərazidəki ağaclar digər sahələrə köçürülür. Və yaxud da ağacların toxunulmazlığı təmin edilir”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, məsələ araşdırılacaq və daha ətraflı məlumat veriləcək.

Ona görə də məsələni diqqətdə saxlayacağıq.

Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO - foto 1
Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO - foto 2
Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO - foto 3
Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO - foto 4
Məhəmməd Hadi küçəsində böyük bir ərazidə ağaclar təhlükə altındadır – ETSN-ə xəbərdarlıq - FOTO - foto 5

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO