31 yaşlı şəhidin 33 İLLİK XATİRƏSİ – “Başından aldığı güllə yarasından yerindəcə keçinib”

Hazırda oxunan: 31 yaşlı şəhidin 33 İLLİK XATİRƏSİ – “Başından aldığı güllə yarasından yerindəcə keçinib”

115784

Xaçmazın Yataqoba kəndindən olan 20 Yanvar şəhidi Zahid Abdulla oğlu Abdullayevin şəhidlik zirvəsinə qovuşduğu gündən 33 il keçdi. O, şəhid olanda isə 31 yaşı vardı. 

Zahid Abdullayev orta təhsilini bitirdikdən sonra Bakıda maşınqayırma zavodunda fəhlə işləyirdi. O həmin vaxt ölkədə və Bakıda baş verən hadisələrə biganə qala bilmirdi, hər gün etiraz aksiyalarına qoşulur, Azərbaycanın azadlığı uğrunda əlindən gələni edirdi. 

Bizim.Media-ya danışan qardaşı Mehman Abdullayev deyir ki, Zahid çox  vətənpərvər insan idi:
 

MÖVZU İLƏ BAĞLI:

20 YANVAR Azərbaycanda Ümumxalq Hüzn Günüdür


“20 Yanvar faciəsindən qabaq da Zahid ön sıralarda mücadilə edib. Mücadilə hissi Zahidin ruhunda idi, heç bir haqsızlığa boyun əyməzdi. Sözü üzə deyən, məzlumun tərəfində duran insan idi”.

Mehman deyir ki, Zahid hadisə vaxtı əvvəlcə evdə olub. Yoldaşı danışır ki, şəhərdə qarışıqlıq idi. Televiziyanın enerji bloku partladılmışdı:

“Zahid bunu biləndə evdən çıxaraq  özünü hadisə yerinə çatdırıb. Yoldaşı onun getməsinə mane olmaq istəsə də Zahidi yolundan döndərmək mümkün olmayıb. Biz səhəri gün eşitdik ki, Zahid başından aldığı güllə yarasından elə yerindəcə şəhid olub”.

İndi doğulduğu Yataqoba kəndindəki məzarlıqda uyuyur. Xatirəsi əbədiləşdirilərək oxuduğu Uzunoba kənd məktəbinə Zahid Abdullayevin adı verilib. Hər il bütün tarixi günlərdə və şəhidin doğum və anım günlərində tədbirlər məzarı başında keçirilir. 

Xaçmaz İH başçısının Uzunoba İƏD üzrə nümayəndəsi Ceyhun Quliyev Bizim.Media-ya məlumat verdi ki, 20  Yanvar şəhidi Zahid Abdullayevin məzarının səliqə-səhmanda saxlanılmasına xüsusi diqqət yetirilir. Ötən gün şəhidin məzarı başında da anım mərasimi keçirilib.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO