Sığınacaqda 14 uşaq virusa YOLUXDU – Biri reanimasiyaya YERLƏŞDİRİLDİ

Sığınacaqda 14 uşaq virusa YOLUXDU – Biri reanimasiyaya YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Sığınacaqda 14 uşaq virusa YOLUXDU – Biri reanimasiyaya YERLƏŞDİRİLDİ
111974
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayan 14 uşaq virusa yoluxub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə 38, 39 və 40 dərəcə hərarəti olan 14 nəfərdən 3-nə hazırda təxirəsalınmaz tibbi müdaxilələr olunur. Vəziyyəti pisləşən uşaqlardan biri isə reanimasiyaya yerləşdirilib:

“Uşaqlar kəskin respirator virusa yoluxublar. Qızdırma, boğaz ağrısı və öskürəklə müşayiət olunur. 14 uşağın ağır olanları 3 nəfərdir. Hazırda 2-si ağır durumdan çıxarılıb. Üçüncü uşağımız ağır durumda olduğuna görə 6 saylı uşaq xəstəxanasına yerləşdirildi. Digərlərinə ev şəraitində müalicə təyin olunub. Hesab edirəm ki,  yaxın zamanda reanimasiyada olan qızımız çıxacaq, digər uşaqlarımız da sağalacaq”.
Qeyd edək ki, son vaxtlar dünyada və Azərbaycanda yüksək hərarət, boğaz ağrısı, halsızlıqla müşahidə olunan virus tüğyan edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO