- A-
- A
- A+
Общество
13:06 / 17.12.2015
2 dəq oxunma
Əgər mən də Nobel mükafatı qazansam...
Hazırda oxunan: Əgər mən də Nobel mükafatı qazansam...
111858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Kimya üzrə Nobel mükafatı alan əslən türkiyəli olan Amerikada yaşayan Əziz Səncər mükafatını Atatürkün məqbərəsinə hədiyyə etdi. Və alimin bu addımı bəlkə də Nobel mükafatını qazanmasından daha çox alqışlandı, əks-səda doğurdu.
Bəs görəsən Azərbaycanlı hər hansı bir alim Nobel mükafatını qazansaydı, kiməsə hədiyyə edərdimi və əgər etsəydi bu kim olardı?
Moderator.az bu sualla Azərbaycanın ən gənc alimi, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayevə müraciət edib.
Nobel mükafatçısı Əziz Səncərin bu addımını yüksək dəyərləndirən azərbaycanlı alimin cavabı çox maraqlı olub:

“Nobel mükafatı əsasən dəyərli elmi tədqiqatlar, inqilabi xarakter daşıyan elmi kəşf və ixtiralara görə verilən həm nüfuzlu, həm də maddi dəyəri böyük olan ən ali beynəlxalq mükafat hesab olunur. Söhbət hər bir laureata verilən 10 milyon İsveç kronu- təxminən 1,5 milyon ABŞ dolları həcmində böyük həcmdə pul mükafatından gedirsə, bir alim kimi bu mükafatı alaramsa mən də "onu tam şəkildə bir anda və düşünmədən kimə və nəyə görəsə hədiyyə edərəm" fikrini söyləməyim səmimi səslənməz, inandırıcı olmaz. Belə bir alim olmaq üçün isə ən azı Əziz Səncər kimi maddi-mənəvi qayğılardan uzaq, elmi fəaliyyəti üçün hər cür şərait yaradılan Amerika kimi bir ölkədə yaşamaq və çalışmaq lazımdır. Belə qayğılardan azad, əsas fikri-zikri nailiyyətləri ilə dünya elminə töhfə vermək olan Əziz Səncərin bu addımını doğulub, boya-başa çatdığı torpağa "vəfa borcu" kimi dəyərləndirirəm.
Mənimsə belə bir mükafatı qazanacağım təqdirdə nəyə və necə xərcləyəcəyimə gəlincə, həmin vəsaiti bərabər şəkildə 3 yerə bölərəm. Onun bir hissəsini tərəddüd etmədən anadan olduğum rayon və ya kənddə ən vacib bir problemin həllinə sərf edərəm. Bu hər hansı yol-su çəkilişi kimi infrasturuktur və ya təhsil-səhiyyə ilə bağlı sosial layihə də ola bilər.
İkinci məbləği dövlətə onun iqtisadiyyatına daha da töhfə verəcək elmi fəaliyyətimin daha da təkmilləşməsinə yönəldərəm.
Qalan hissəsində həm öz, həm də yaxın və kənar imkansız adamların maddi problemlərimin həllinə xərclərdim.
Təvazökarlıqdan uzaq olsa da deyə bilərəm ki, indiyə qədər qazandığım mükafatlarda bu prinsipi gözləmişəm, bundan sonra da belə olacaq”x9d.
Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.