BİZİM TƏQVİM: Bu gün Xankəndi işğal olundu

Hazırda oxunan: BİZİM TƏQVİM: Bu gün Xankəndi işğal olundu

111615

1991-ci ilin bu günündə Azərbaycanın Xankəndi şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və burada separatçı rejim yaradılıb. Həmin tarixdə Xankəndidən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatdırılıb.

Bu gün bəs, daha hansı əlamətdar hadisələr baş verib?

2. 26 dekabr 1825-ci il tarixdə Rusiyada Dekabristlər üsyanı baş verib. Dekabristlər üsyanı rus feodal təhkimçi mühitinin cəmiyyətdə doğurduğu ədalətsizliyin və rus milli şüurunun oyanmasının nəticəsi idi. Bu üsyan təhkimçiliyin ləğvi, mütləqiyyətin devrilməsi, yaxud məhdudlaşdırılması, respublika və konstitusiyalı quruluşun yaradılması məqsədini daşıyırdı.

3. 1991-ci ilin məhz bu günündə  SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaranması ilə əlaqədar ittifaqın mövcudluğuna son qoyulması haqqında bəyannamə qəbul edib. Həmin gün Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə, ittifaq dağıldı. SSRİ-nin dağılması ilə 15 ölkə müstəqillik qazandı.

4. 26 dekabr 2004-cü ildə Hind Okeanında baş vermiş 9,15 ballıq zəlzələdən sonra yaranan sunami İndoneziya, Şri-Lanka, Tailand, Malayziya və hətta Somali sahillərində 230 min insanın ölümünə səbəb oldu.

5. 26 dekabr 1898-ci ildə fransız alimləri Pyer və Mari Küri (Pierre və Marie Curie) radium elementini kəşf etdilər. Bununla əlaqədar onlar 1903-cü ildə Nobel Fizika Mükafatını qazandılar.

6. 1905-ci ilin dekabr ayının 26-da Cənubi Afrikanın Pretoria bölgəsində 3106 karat dəyərində "Cullinan" almazı tapıldı. 9 parçaya bölünən almazdan əldə edilən 530 karatlık dünyanın ən böyük brilyantıBöyük Britanya kral tacına yerləşdirildi.  

7. 26 dekabr 1975-ci ilin bu günü SSRİ (keçmiş Sovetlər) dünyanın ilk süpersonik təyyarəsi olan “Tu-144”ü xidmətə çıxardı.  

8. “Time” jurnalının hər il yayınladığı “İlin adamları” siyahısına 1982-ci ilin 26 dekabrında ilk dəfə insan olmayan bir obyekt düşdü: bu, fərdi kompüter idi. 

9. 2003-cü il 26 dekabr tarixində İranın Kirman əyalətində 6,6 bal gücündə zəlzələ baş verdi ki, çoxu Bəm şəhərindən olmaqla təxminən 20 min adam həyatını itirdi.

26 dekabrda həm də bu adamlar xatırlanır.

1. Dünya elminin korifeylərindən olan İngiltərə alimi İsaak Nyuton 1642-ci ilin bu günü anadan olub.

2. 26 dekabr 1919-cu ildə Azərbaycanın Xalq artisti, rəqqasə Əminə Dilbazi anadan olub.

3. Milli Qəhrəman Eldar Həsənov 1965-ci ilin 26 dekabrında Cəlilabad rayonunda anadan olub.

4. Böyük rus bəstəkarı Aleksandr Skryabin 1872-ci il 26 dekabrda anadan olub. Məhz onun təşəbbüsü ilə simfonik orkestrin heyətinə orqan və zənglər daxil edilib.

5. Osmanlı dövründə antik Truva şəhərini gün üzünə çıxaran və tapdığı Truva xəzinələrini xaricə qaçıran alman həvəskar arxeoloq Henrix Şliman (Hinrich Schliemann) 1890-cı ilin bu günü Napolidə ölüb.

6. Misir xalqının istiqlaliyyət qazanmasında əvəzsiz xidmətləri olan, respublikanın görkəmli dövlət və siyasi xadimi Ənvər Sadat 1918-ci ilin 26 dekabrında dünyaya gəlib.
İsrail-Ərəb münaqişəsinin ilk dəfə sülh yolu ilə həll olunmasında səmərəli fəaliyyətinə görə Nobel Beynəlxalq Sülh Mükafatına layiq görülən Ə.Sadat 1981-ci ilin oktyabrında hərbi parad zamanı qətlə yetirilib. (1918-1981)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO