Dekabrın 10-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev “Günəşli”x9d yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub.
Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən məlumata görə, helikopterlə əraziyə baxış keçirilib, baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.







































































































