Bakı-Quba yolundakı qəzada ölən 6 nəfərin kimliyi BƏLLİ OLDU - YENİLƏNİB

Hazırda oxunan: Bakı-Quba yolundakı qəzada ölən 6 nəfərin kimliyi BƏLLİ OLDU - YENİLƏNİB

109722

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunun 98-ci km-də - Siyəzən rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada ölən 6 nəfərin adı artıq məlumdur. 

Hadisə nəticəsində həyatını itirənlərin ADLARI:

1. Kamran Məmmədşah oğlu Məmmədov - Siyəzən şəhər sakini, 63 yaşlı

2. Elməddin Osman oğlu Məmmədov - Yardımlı rayonunun Anzov kənd sakini, 43 yaşlı

3. Vüqar Tərxan oğlu Musayev - Bakının Qaradağ rayon sakini, 43 yaşlı

4. Arif Yusif oğlu Balakişiyev - Siyəzən rayonunun Yenikənd sakini, 43 yaşlı

5. Nəsimi Əlimuxtar oğlu Qubadbəyli - Yardımlı şəhər sakini, 45 yaşlı

6. Emin Ramiz oğlu Quliyev - 30 yaşlı

***13.31

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada həlak olanların meyitləri Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində hazırda tibbi ekspertizadan keçirilir.

Ölənlərin kimlikləri dəqiqləşdirilir. 

Verilən məlumata görə, mikroavtobus Quba istiqamətinə gedirmiş.

Əldə etdiyimiz son məlumata görə, ölənlərin hamısı kişidir. Onların hələlik məlum olmayan dəmiryol şirkətinin fəhlələri olduğu deyilir.

*** 11:17

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunun 98-ci km-də - Siyəzən rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolundakı ağır qəzada 6 nəfər ölüb - YENİLƏNİB


Əldə etdiyimiz son məlumata görə, qəzada “DAF” markalı avtomaşının aşması nəticəsində 1 nəfər-sürücü – 1991-ci il təvəllüdlü Elçin Arif oğlu Atayev Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. E.Atayev Qubanın Dağlı kəndinin sakinidir.

Ölənlərin şəxsiyyəti isə hələlik məlum deyil. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO