Qubada müharibə və şəhid ailələrinə mənzillər verildi  - FOTOLAR

Qubada müharibə və şəhid ailələrinə mənzillər verildi - FOTOLAR

Hazırda oxunan: Qubada müharibə və şəhid ailələrinə mənzillər verildi - FOTOLAR
108160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba rayonunda 6 yeni fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Moderator.az-a bildirilib. 

Nazirlikdən bildirilib ki, onlardan 5-i Qarabağ müharibəsi əlillərinə, 1-i isə şəhid ailəsinə təqdim olunub.

Nazirlikdən qeyd edilib ki, 2015-ci ildə ümumilikdə 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzillər verilib:

“Cari ildə nazirlik tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) ümumilikdə 62 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Beləliklə, bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub”x9d.

“Hazırda isə həmin insanlar üçün ölkəmizin bölgələrində fərdi yaşayış evlərinin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış evlərinin inşası, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir”x9d, - deyə nazirlikdən qeyd edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO