
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 25.11.2015
1 dəq oxunma
Salyan torpağı Əli bəyin məzarına aparılır - FOTOLAR
Hazırda oxunan: Salyan torpağı Əli bəyin məzarına aparılır - FOTOLAR
108098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Dekabrın 1-də İstanbulun Karaca Ahmet məzarlığında dövrümüzün böyük mütəfəkkiri Əli Bəy Hüseynzadənin məzarını ziyarət edərək onun məzarına doğulduğu Salyan torpağından götürdüyümüz əmanəti çatdıracağıq.
Bu haqda Moderator.az - a Ümid Partiyasının sədr müavini Rüfət Muradlı məlumat verib.
O bildirib ki, dekabr ayının 1-də İstanbul Azərbaycan Kültür Evinin və Borçalı Cəmiyyətinin rəhbərli və üzvlərinin, habelə başqa Əli bəy Hüseynzadəsevər dostların iştirakı ilə Karaca Ahmet məzarlığında Əli bəyin məzarını ziyarət edəcək və sentyabr ayında Salyanda xüsusi törənlə götürdüyümüz torpaq Əli Bəyin məzarına qarışacaq. Bir sözlə Salyan torpağı İstanbuldakı əmanətinin məzarına qovuşacaq. Aksiya sırf simvolik olmaqla Türkçülük ideyasının banisinə hörmət əlaməti olaraq keçirilir və məqsədimiz bütün dostlarımızı bir daha İstanbuldakı and yerimizə - Əli Bəyin məzarına toplamaq və onun ideyalarına sadiqliyimizi nümayiş etdirməkdir. Ruhu şad, yolu davamlı olsun!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































