
- A-
- A
- A+
Cəmiyyət
01:12 / 21.11.2015
1 dəq oxunma
Təhsil Problemləri İnstitutunda ikihakimiyyətlilik problemi...
Hazırda oxunan: Təhsil Problemləri İnstitutunda ikihakimiyyətlilik problemi...
107234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Düz bir ay öncə Moderator.azxa0etibarlı mənbəyə istinadən Mikayıl Cabbarovun Təhsil Nazirliyinin “Dərslik və xa0nəşriyyat" şöbəsinin müdiri Faiq Şahbazlını tutduğu postdan azad edərək Təhsil Problemləri İnstitutuna direktor müavini təyin etməsiylə bağlı yazı ilə çıxış etmişdi. (həmin yazını bu linkdən oxumaq olar---moderator.az/news/102286.html)
Maraqlıdır ki, saytın həmin yazısından az qala 20 gün sonra nazirlik bu təyinatı təsdiqlədi.xa0
İndi isə mötəbər mənbələrdən saytımıza bu mövzu ətrafında daha bir maraqlı məlumat daxil olub. Bildirilir ki, təyinatdan bir ay keçməsinə baxmayaraq nə institutun direktoru, keçmiş nazir müavini Qulu Novruzov, nə də Faiq Şahbazlı yerini isitmir və obrazlı desək, hər ikisi at üstə mat qalıblar. Yəni Qulu Novruzov anlayır ki, ona institut direktorluğunu da çox görürlər və öz xoşuyla bu postu yeni müavininə - Faiq Şahbazlıya verərək üzüsulu getməlidir. Bu azmış kimi Faiq Şahbazlı da bura məhz direktor postu üçün gəldiyini gizlətmir və hətta nazirliyi məsələyə tezliklə aydınlıq gətirməyə tələsdirir...xa0
Nazirlikdən saytımıza daxil olan başqa bir məlumatda isə deyilir ki, Misir Mərdanovun dönəmində nazirliyin aparat rəhbəri kimi xüsusi səlahiyyətlərə malik olan, qurumda bir sözü iki olmayan İlham Pirməmmədov da karyerasının qürub çağını yaşayır və nazirin müşaviri kimi fəaliyyətini davam etdirsə də onun daha bir yaxın adamı bu günlərdə nazirlikdəki görəvindən kənarlaşdırılıb. Həmin şəxsin kimliyi bizə bəlli olsa da nazirliyin rəsmi açıqlama verib - verməyəcəyini gözləyirik. Qurumdan xəbər çıxmasa, həmin şəxsin kimliyini açıqlamağa məcbur olacağıq...xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































