AXC parlamentininxa0 26.02.1920-ci il tarixindəxa0 keçirilən 128-ci iclasında məktəb məsələsi gündəmə gəlir. Cümhuriyyət parlamentixa0 bu dəfə məktəb məsələsini ön plana çəkib. Parlamentin sədr əvəzi Həsən bəy Ağayev özünün nitqində, daha doğrusu, məruzəsində məktəb, təhsil probleminin və onların həll vacibliyini ustalıqla əsaslandırır.
Moderator.az Cümhuriyyətlə bağlı silsilə yazılarını davam etdirərək, Həsən bəy Ağayevin adıçəkilən tarixi nitqini təqdim edir. Təbii ki, müəllifin dil və üslubuna toxunmadan...
xa0
BİLDİRİŞ- “Məsələ gündəlikdə belə adlarla qeyd olunur: "8. Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında onuncu bir maarif müfəttişliyi məmuriyyəti təşkil edilməsi. Məruzəçi Həsən bəy Ağayev; 9. Baş maarif müfəttişliyi vəzifəsi öhdəsinə aid qanun layihəsi". Hər iki məsələ məktəblə bağlıdır. Əvvəlcə, Həsən bəy Ağayevin maarif nəzarəti haqqında məruzəsinin xülasəsi verilir, sonra yenə onun məktəblərlə əlaqədar çıxışı dinlənilir və müzakirə başlanır. Ardıcıllıq olsun və anlaşılsın deyə, həmin hissələri kiçik ixtisarlarla təqdim edirik.xa0
Həsən bəy Ağayev - Məruzəçi sifətilə izahat verir:
“Qanun layihəsi maarif nəzarəti tərəfindən tərtib edilmişdir. Məruzəçi uşaq bağçalarının əhəmiyyəti xüsusunda danışmağı fəzlə ədd edir. Uşaq bağçaları uşaqları ibtidai siniflərə hazırlamaq üçün bir vəsilədir. Xırda cocuqları oyun arasında, onları əyləncələr ilə, mahnılar ilə oxumaya hazır edərək hesab elmini dəxi bir taqım oyuncaqlar ilə öyrədirlər. Böyləliklə, cocuqları ibtidai məktəblərə hazırlayırlar. Bu kimi ibtidai tərbiyə görmüş cocuqlar məktəbdə müşkülat çəkməyib asanlıqla oxuyurlar. Maarif nəzarəti bunun əhəmiyyətini nəzərə alaraq birinci milli ünas məktəbi cünbündə sentyabrın birindən böylə bir uşaq bağçası açmışdır. Orada onlara əl işləri, xəmirdən yapma heykəllər, taxta üzərində şəkillər yapdırır və kəsdirirlər, şəkil çəkirlər, nəzəri hesab öyrənirlər. Bunların həpsi üçün maarifxa0 nəzarəti keçən 1919-cu sənə 29 min 330 manat 33 qəpik para sərf etmişdir. İndi layihə təqdim edərək təsdiqim rica edir”.
Natiq bu uşaq bağçasının ştatı və məmurlarının maaşları cədvəlini oxuyur. Əlavə edir ki, bu qanun layihəsim maliyyə-büdcə komissiyonu qəbul etmiş, parlamentdən dəxi təsdiqini rica edir. Qanunun ümumi əsasları üzərində danışmaq istəyən olmadığından ikinci qiraətinə keçilir. Katib qanun layihəsim maddəbəmaddə oxuyur. Sədr tərəfindən səsə qoyularaq qəbul olunur. 3-cü kərə qiraəti gələcək iclasa qalır. Növbədəki 8-ci məsələnin Şuşa, Zəngəzur və Cəbrayıl qəzalan da onuncu bir maarif müfəttişliyi təsisi haqqında qanun layihəsinin müzakirəsinə keçilir.xa0
Həsən bəy Ağayev - yenə məruzəçi sifətilə izahat verir: Təqdlm edilən layihənin maarif nəzarəti tərəfindən gəldiyim söyləyir. Qarabağda nə qədər məktəb olduğundan bəhs edir:
xa0“Qarabağ məktəblərinə məxsus olmaq üzrə bir müfəttişlik təsis edilsin. Maarif nəzarəti böylə bir müfəttişliyi lazım görərək bir qanun layihəsi təqdim etmişdir. Qanun layihəsi üç maddədən ibarət- ir. Maliyyə-büdcə komissiyonunda buna baxılaraq qəbul edilmiş və parlamentin dəxi qəbul və təsdiq etməsi aruzu olunur”.
MODERATOR.AZ





































































































