“Atlar xəstədir, əsgərlər acdır, yeməkləri suda üzən kələmdir”  – AXC ordusunun fədakarlığı

“Atlar xəstədir, əsgərlər acdır, yeməkləri suda üzən kələmdir” – AXC ordusunun fədakarlığı

Hazırda oxunan: “Atlar xəstədir, əsgərlər acdır, yeməkləri suda üzən kələmdir” – AXC ordusunun fədakarlığı

232578

Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illiyi, eləcə də 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti” ili ilə əlaqədar silsilə yazılara davam edir. Bu dəfə yenə də ara-sıra toxunduğumuz AXC-nin ordu və hərb sahəsi haqqında bir neçə maraqlı faktı təqdim edəcəyik.

Bildiyimiz kimi, AXC-nin yarandığı tarixi şərait çox çətin idi. Gənc dövlət həm xarici, həm də daxili qüvvələrlə mübarizə aparıb, müstəqilliyini gücləndirməyə çalışırdı. Bunun üçün isə ən önəmli factor təbii ki, ordu sayılırdı. Amma lazımi səviyyədə güclü ordunu yaratmaq isə çox çətin idi. Çünki Çar Rusiyası zamanında azərbaycanlılar əsgər aparılmır, bütün hərbi təlimlərdən kənarda qalırdılar. Ona görə də, 1918-ci ildə müstəqil dövlətləri olduğu zaman onun ordusu üçün lazımı hazırlıqda deyildilər.

Lakin AXC rəhbərliyi qısa zaman ərzində, hərb sahəsində inqilabi dəyişikliklər etdi. Başda zamanının ən güclü generalları Səməd bəy Mehmandarovla xa0Əliağa Şıxlinski olmaqla, digər xa0Cümhuriyyət generalları yoxdan bir ordu var etdilər.

Bu ordunun qurulmasında yaşanan çətinlikləri göstərən bir neçə faktı təqdim edirik:

xa0Əvvəlcə onu qeyd edək ki,xa0 çətin vaxtlarda Azərbaycanın dadına yetişənxa0 qardaş türk qoşunları respublikanı xa0tərk edəndən sonra Azərbaycana qalan hərbi miras acınacaqlı vəziyyətdə olub. Xüsusi Azərbaycan Korpusunun maddi-texniki təchizat baxımından hansı səviyyədə olduğunu o vaxt hələ polkovnik olan Həbib Səlimov Nazirlər Şurasına göndərdiyi raportunda belə təsvir edirdi:

“Atlar pis vəziyyətdədir, 2 aydır ki, maaş yoxdur. Toplar var, ancaq onu çəkəcək atlar yoxdur, pal-paltar həddən artıq azdır, əsgərlər acından ölür, nə qədər xa0“un şorbası” yemək olar! Yeməksiz, geyımsız ordu olarmı? xa0(Mənbə:Mehman Süleymanov “Azərbaycan Xalq Cümhuriyyətinin ordusu)

xa0

H.Səlimov möhkəm ordu qurulması üçün nə Tazım olması barədə Napoleonun sözlərini misal gətirirdi: “Müharibə üçün üç şey lazımdır: I) pul, 2) pul, 3) pul”. xa0

Çünki şübhə etmirdi ki, ordu yedizdirilməli. geyindirilməlidir. Çünki ac və çılpaq ordu bolşevizmin başlıca mənbəyidir. Onun sözlərinə görə, türk qoşunlarının Azərbaycam tərk etməsi ərəfəsində müəyyən sakitlik mövcud olsa da, bu, nisbi hal idi. Bir tərəfdən erməni təcavüzkarları, digər tərəfdən do şimaldan olan təhlükə lıor an reallaşa bilərdi.

1919-cu il fevralın 25-də xa0hərbi nazir S. Mehmandarov Azərbaycan parlamentində özünün proqram xarakterli çıxışında da türk qoşunlarının getməsindən sonra Azərbaycan ordu hissələrində vəziyyətin çox ağır olduğunu bildirirdi:

“Mən Hacıqabula getdim, Ləki və Kürdəmirdə oldum, Ağdamda lıor şeylo tanış oldum... Təəssüf ki, hər yerdə biri digərindən kədərli olan mənzərələrin şahidi oldum. İnsanların görkəmi heç də yaxşı deyildi, tutqun və qəmli idi, pis geyinmişdilər, deməyə ehtiyac yoxdur ki, yeməkləri çox pis idi. Onun dadına baxanda kiçik ot qırıntıları və kələm yarpaqları üzən qaynamış suyu gördüm. Otaqlar rütübətli idi, heç bir taxt vo yataq əşyaları yox idi. Pəncərələrin çoxu şiişəsiz idi. Bundan başqa aydın oldu ki, çoxlu at çatışmır. Gördüyüm atlar isə at deyildi, üstünə dəri çəkilmiş sümüklər idi. Atların 70 faizi qoturlu idi" (yenə orada)

xa0

Ən maraqlı faktlardan biri də əsgərlərin məskunlaşdığı məkanlarla bağlıdır. Bir tərəfdən qida yox, bir tərəfdən geyim və maaş yox, hələ üstəlik təlim keçmək üçün yaşadıqları yer də acınacaqlı idi.

xa0

Xüsusi Azərbaycanxa0 Korpusunun xa0komandiri vəzifəsini icra cdənxa0 Ə.Şıxlinski ordunun Ümumi Qərargah rəisi Həbib bəy Səlimova göndərdiyi qeydində xahiş edirdi ki, onun yaşayış şəraitinin yaxşılaşdırılması imkanını yaddan çıxarmasın.

Ə.Şıxlinski narahatlıqla bildirirdi ki, “indiki rütubətli mənzildə mən 2-3 həftə yaşasam burada ölərəm”.

Bu faktları təqdim etməkdə məqsəd, Azərbaycan Cümhuriyyəti ordusunun necə fədakar və qorxmaz olduğunu bird aha qabartmaqdır. Təsəvvür edin, bu cür çətinlikləri adlayan AXC əsgəri sonradan öz vətəni uğrunda çox döyüşdü vəxa0 uğurlu nəticə qazandı.

MODERATOR.AZ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO