İğdırda Kərbəlayi İsmayılla, Qarsda Soltan bəylə unudulmaz

İğdırda Kərbəlayi İsmayılla, Qarsda Soltan bəylə unudulmaz "söhbətlər"... - FOTOLAR

Hazırda oxunan: İğdırda Kərbəlayi İsmayılla, Qarsda Soltan bəylə unudulmaz "söhbətlər"... - FOTOLAR
192326
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Dəyərli oxucu, bir neçə gün öncə qardaş Türkiyənin İğdır şəhərində yerləşən “Heydər Əliyev adına park”x9dın baxımsız durumda olması və əxlaqsızlıq yuvasına çevrilməsiylə bağlı iftira dolu yazıya ciddi reaksiya verərək Qarsdakı baş konsulumuz Nuru Quliyevi arayıb vəziyyət barədə onu məlumatlandırmağı özümüzə borc bilmiş, fikirlərini öyrənmişdik. Baş konsul yazılanların həqiqəti əks etdirmədiyini saytımıza göndərdiyi fotolarla sübuta yetirmişdi. Olaya İğdırda nəşr olunan nüfuzlu “Yeşil İğdır”x9d qəzeti də biganə qalmamış, geniş bir yazı ilə çıxış edərək əslində bu cür yazılarla bulanıq suda balıq tutmaq istəyənlərin özlərini əxlaqsızlıqda ittiham etmişdi.xa0

Baxmayaraq ki, baş verənlərə ilk reaksiya verən yalnız biz olmuşduq və olayı gündəmə gətirənlərin gerçək niyyətlərinin verə biləcəyi fəsadları götür-qoy edərək məsələyə “yüz eşitməkdənsə bir dəfə görmək”x9d məntiqi ilə yanaşdıq və İğdırdakı Heydər Əliyev parkının mövcud durumunun nədən ibarət olduğunu öyrənmək, eyni zamanda fürsətdən istifadə edərək bölgənin rəsmiləri ilə bu istiqamətdə fikir mübadiləsi aparmaq qərarına gəldik.

Beləliklə, sentyabrın 14 -də günorta saatlarında İğdıra çatdıq və taksiylə birbaşa Heydər Əliyev parka yollandıq. Gəlişimizdən xəbər tutan İğdırlılar başımıza toplaşdı, hamı bu cür yazıları yazanları şiddətlə qınadığını dilə gətirdi.xa0

Dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirik ki, səfər olduqca maraqlı keçdi və biz İğdır valisi və bələdiyyə başqanı ilə, İğdırdan seçilmiş millət vəkili ilə, eyni zamanda Qars valisi və digər yetkililərlə geniş fikir mübadiləsi apardıq. Heydər Əliyev parkından əlavə qardaş ölkənin İğdır, Qars və Ərzurum vilayətlərindəki Azərbaycan adına görülən genişmiqyaslı işlərlə yerindəcə tanış olduq, “Axırıncı aşırım”x9d filmindən hər birimizin qəlbini fəth etmiş Kərbəlayi İsmayılın Qarsdakı və Andranikin qulağını kəsmiş xalq qəhrəmanımız Soltan bəyin məzarlarını ziyarət etdik. Bütün bu ziyarətlər və görüşlərlə bağlı olduqca ilginc reportajı sabahdan etibarən dəyərli oxucularımıza təqdim edəcəyik. Bizi izləyin...

Zülfüqar Hüseynzadə
Tural Səfərov
Bakı-İğdır-Qars-Ərzurum-Bakı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO