Heyvanlar bu hərəkətləri etsələr, mütləq nəsə baş verəcək- TƏBİƏT SİRLƏRİ

Heyvanlar bu hərəkətləri etsələr, mütləq nəsə baş verəcək- TƏBİƏT SİRLƏRİ

Hazırda oxunan: Heyvanlar bu hərəkətləri etsələr, mütləq nəsə baş verəcək- TƏBİƏT SİRLƏRİ
170192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol


Folklorumuz və mifologiyamız hələ də, tam tədqiq edilməyən və öz araşdırılmasını gözləyən sahədir. Qədim türk etnosunun mifoloji dünyagörüşü bu gün də sirr olaraq qalır. Lakin onların çözümü bizi bir çox məqamlardan hali etmək gücündədir.

Ata-babalarımız heyvanların təbiəti, ətraf mühiti instinktlərlə duyma bacarığını çox sınaq etmiş və bunu mifoloji mətnlərə köçürmüşlər. Bu gün də həmin sınaqlar öz aktuallığını qoruyub saxlayır.
Heyvanlar müxtəlif hərəkətlərlə insanları təbiət hadisələrindən agah etmək istəyirlər.xa0

Moderator.az bu mövzuda bir neçə nümunəni təqdim edir:

Baharın müjdəçisi olan qaranquşlar alçaqdan uçsalar, mütləq yağış yağacaq. Yox, əgər onlar çayın, bulağın üstü ilə uçsalar, demək, hava aydın olacaq.xa0

Yağışın yağmasını bilməkdən ötrü mal-qaraya da diqqət etmək gərəkir. Örüşdə otlayan mal-qara otlamağı saxlayıb, bir yerə toplaşsalar, deməli, yağış yağacaq. Həmçinin, onlar suyu həddindən artıq az içməyə başlasalar, yenə də yağış gözlənilir.xa0

Ördəklər başlarını qanadlarının altına salıb, səssiz-səmirsiz dayansalar, hava həmin gün çox soyuq keçəcək.xa0

Qış yaxınlaşan ərəfədə evdəki pişiyi də tez-tez müşahidə edin. Əgər, pişik xa0belini tez-tez isti yerlərə -alova, tonqala, sobaya ərəf çevirsə, o zaman qış sərt keçəcək.xa0

Qışın necə keçməsini bilmək istəyirsinizsə, qarışqa yuvalarına da fikir verin. Əgər qarışqa yuvalarının ağzında torpaq topası olsa, demək, həmin il qış sərt keçəcək.xa0

Yağışın yağmağını isə daha üç heyvandan bu cür “xəbər ala”x9d bilərsiniz: itlər yerdə uzun müddət ağnasalar, qısa müddətdən sonra yağış yağacaq. Həmçinin, xoruzlar gündüz vaxtı eyni anda ağız-ağıza verib banlasalar, gün ərzində yağış yağacaq. Yaşıl qurbağalar get-gedə qaraya çalsa, yenə yağış gözləyin.xa0

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO