Xaçmazda itən 3 yaşlı uşaq tapıldı

Hazırda oxunan: Xaçmazda itən 3 yaşlı uşaq tapıldı

57295

Xaçmaz şəhərində itən 3 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.

Xaçmaz Polis Şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, səhər saatlarında Xaçmaz şəhərindəki "Zəfər" parkında  nəzarətsiz vəziyyətdə azyaşlı qızın görünməsi polislərin diqqətini cəlb edib.

Aparılan tədbirlərlə 3 yaşlı qızın valideynləri müəyyən edilib və o atası Rəşad Kərimova təhvil verilib.

Uşağın anası və babası ilə evdən çıxdığı və onların nəzarətindən yayınaraq itdiyi deyilir. Ana mağazaya girib, babasının yanında olan uşaq isə gözdən yayınıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO