24 saatda “müalicə olunan” 35 illik xəstəlik – 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI
1980-ci illərin sonunda Qarabağda alovlanan separatizm bəlası 1990-cı illərin əvvəlində savaşa çevrildi. Xarici qüvvələrin dəstəyindən istifadə edən Ermənistan Azərbaycan ərazilərinə qarşı təcavüzə başladı. Bu təcavüz təkcə torpaqlarımızın işğalı ilə nəticələnmədi. Ölkənin ərazi bütövlüyü pozuldu, yüz minlərlə insan doğma yurdlarından didərgin salındı, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimiz məhv edildi.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qərarların icrası təmin edilmədi.
Beləliklə, beynəlxalq mexanizmlərin fəaliyyətsizliyi nəti...