Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi

Hazırda oxunan: Əfsanəvi futbolçu vəfat etdi
637560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İnter”in əfsanəvi futbolçusu Sandro Matsola vəfat edib.

Bizim.Media “qol.az”a istinadla xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb. İtaliyalı sabiq futbolçu 83 yaşında dünyasını dəyişib.

Matsola bütün peşəkar karyerasını “İnter”də keçirib. 1960-1977-ci illərdə Milan təmsilçisinin formasını geyinən əfsanəvi futbolçu klubun heyətində 565 rəsmi oyuna çıxıb və 162 qol vurub.
 

O, “İnter”lə 4 dəfə İtaliya çempionu olub, 2 dəfə Avropa Kubokunu qazanıb. Matsola 1964-cü ildə “Real”a qarşı Avropa Kubokunun finalında 2 qol vuraraq komandasının 3:1 hesablı qələbəsində əsas rol oynayıb.


İtaliya millisində 70 oyun keçirən Matsola 22 qol vurub. O, 1968-ci ildə milli komanda ilə Avropa çempionu olub, 1970-ci il dünya çempionatında isə finala yüksəlib.

Matsola futbolçu karyerasını başa vurduqdan sonra “İnter”də idman direktoru kimi də çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO