I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers (TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib.
Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi Bakı Bəyənnaməsinin imzalanması ilə rəsmiləşdirilib.
Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub.
Xatırladaq ki, I Türk Dünyası Bəstəkarları Qurultayı 18–20 sentyabr 2026-cı il tarixlərində XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO-nun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası ilə birgə həyata keçirilir.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:57 / 19.09.2026
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - FOTO
Hazırda oxunan: Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - FOTO
Hazırda oxunan: Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - FOTO
637569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































