Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşdü – FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Birləşmiş Ərəb Əmirliklərinə səfərim zamanı dövlət naziri Zati-aliləri Səid bin Mübarək Əl-Hacəri ilə görüşdüm.
Biz strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla BƏƏ arasında dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirdik və regional, həmçinin beynəlxalq məsələlər ətrafında səmərəli fikir mübadiləsi apardıq.
Reg...