Rusiyada əsasən Putinin malikanələri qorunur

Rusiyada əsasən Putinin malikanələri qorunur

Hazırda oxunan: Rusiyada əsasən Putinin malikanələri qorunur
636814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Defense Express" nəşrinin məlumatına görə, Rusiya işğalçı ordusu və hərbi-sənaye kompleksi üçün mühüm strateji əhəmiyyət daşıyan Taqanroq şəhəri hava hücumundan müdafiə (HHM) vasitələrindən məhrum olub. Ukrayna Müdafiə Qüvvələrinin zərbələrindən sonra şəhərdə nə "Pantsir", nə də S-300 və S-400 zenit-raket kompleksləri qalıb.

Bizim.Media xəbər verir ki, Ukrayna sərhəddindən cəmi 40 kilometr məsafədə yerləşən Taqanroq Rusiya üçün əsas hərbi-logistik qovşaq və mühüm müəssisələrin – o cümlədən strateji bombardmançı təyyarələrin təmir olunduğu G. M. Beriyev adına TANTK-ın yerləşdiyi ərazidir.

Lakin Rusiya rəhbərliyi ölkənin imicini qorumaq və Moskvanı, həmçinin Putinin malikanələrini qorumaq üçün mövcud HHM vasitələrini paytaxta və digər vacib bölgələrə çəkir.

Xatırladaq ki, daha əvvəl Qərb KİV-ləri də Rusiyada Ukrayna zərbələri fonunda kəskin HHM, xüsusilə də S-300 komplekslərinin çatışmazlığının müşahidə olunduğunu yazmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO