Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – FOTO/VİDEO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir:
“Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikində müvəqqəti dəyişikliklər edilib. Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraq artıb.
Yeni qrafik sərnişindaşıma...