Aleksandar Vuçiç İlham Əliyevə ZƏNG ETDİ
Aprelin 19-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bizim.Media xəbər verir ki, telefon söhbəti zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri, dövlət başçılarının iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası məmnunluqla xatırlanıb, səfər çərçivəsində imzalanmış sənədlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Serbiya prezidentləri ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, en...