Bakıda daha bir nəhəng hava limanı inşa olunur: Ərazidən GÖRÜNTÜLƏR - VİDEO
Ələt qəsəbəsi və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yeni hava limanının tikintisi davam edir.
Bizim.Media xəbər verir ki, bu hava limanı digər limanlarından fərqlənəcək. Belə ki, burada əsasən yükdaşımalar həyata keçiriləcək.
Yeni hava limanı Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklərin daha operativ və çevik şəkildə təyinat məntəqələrinə çatdırılmasında mühüm rol oynayacaq.
Hava limanı yüksək dəyərli və sürətli göndərilmə tələb edən yüklərin qısa müddətdə ünvanına çatdırılmasını təmin edəcək.
Bununla yanaşı, o Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələrin ixrac imkanlarının genişlənməsinə də töhfə verəcək.
Yeni hava limanı Azər...