Sertifikatı olmayan 143 həkim CƏZALANDIRILDI – ÖZƏL/RƏSMİ
“Cari ilin son 6 ayı ərzində ümumilikdə 143 tibb işçisinin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi müəyyən edilib”.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, həmin tibb işçilərinin barələrində inzibati tənbeh tədbiri seçilərək, İXM-nin müvafiq maddəsinə əsaslanan protokollar tərtib olunub:
”Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə uyğun olaraq, özəl tibb müəssisələrində praktik tibb fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olm...