Bakıda marketin liftinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Bakıda marketin liftinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda marketin liftinin fəaliyyəti dayandırıldı – FOTO/VİDEO

628137

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftinin fəaliyyəti dayandırlıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün marketin rəhbərliyi qarşısında məsələ qaldırılıb.

Həmçinin, müvafiq akt tərtib edilərək, qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı, eləcə də sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə marketin rəhbərliyinin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO