AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ
Azərbaycan Hava Yollarının (AZAL) J2-295 nömrəli Bakı-Naxçıvan reysini icra edən hava gəmisi ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, J2-2257 nömrəli Bakı-Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbi ilə təxirə salınıb. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək.
"Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə u...