İrəvan küçələrində peyda olan Fransa HƏRBİ TEXNİKALARI – Necə və nə vaxt GƏTİRİLİB? - ARAŞDIRMA
Cənubi Qafqazda normallaşma və davamlı sülh perspektivlərinin müzakirə olunduğu bir dövrdə Fransa ilə Ermənistan arasında münasibətlərin sürətlə hərbi müstəviyə keçməsi müşahidə olunur. Rəsmi Paris bu əməkdaşlığı “təhlükəsizlik tərəfdaşlığı”, “müdafiə sahəsində yardımlar” və “demokratik dəstək” kimi təqdim etməyə çalışsa da, prosesin faktiki mahiyyəti artıq fərqli mənzərəni ortaya qoyur.
Qeyd edək ki, son illər Fransa Ermənistanın ən fəal tərəfdaşlarından birinə çevrilib. Daha doğrusu, Fransa Rusiyanın Ermənistan üzərindəki “ağalıq” missiyasını ələ keçirməyə çalışır. Bu proses yalnız siyasi bəyanatlar və diplomatik jestlərlə məhdudlaşmır. Mü...