Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi
Nyu-York şəhərində Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyaya tərəf dövlətlərin 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Kəskin rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 20 ölkədən olan namizədlər Komitədə mövcud 12 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov səsvermənin ilk mərhələsində Komitəy...