Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır. Bu məsələdə mövqeyimiz hər zaman açıq olub: imtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında açıqlayıb:
"İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssürat heç də həmişə real mənzərəni əks etdirmir. Eyni zamanda, konkre...