Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

Hazırda oxunan: Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

643193

ABŞ Prezidenti Donald Tramp bildirib ki, nəzarətsiz miqrasiya səbəbindən Fransa paytaxtı tezliklə "müsəlman şəhəri"nə çevriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə o, Vaşinqtonda jurnalistlərə bildirib.
 

"Dünyanın hər yerindən insanlar ora axışır. Nəticədə, özünüz də bilirsiniz ki, Paris tezliklə müsəlman şəhərinə çevriləcək. Bu, heç də arzulanan hal deyil", - deyə o, əlavə edib.


Fransa şəhərlərində baş verən son iğtişaşlara toxunan Tramp gördüklərindən kədərləndiyini ifadə edib və qeyd edib ki, o, çoxdan Fransa Prezidenti Emmanuel Makrona miqrantlar üçün ölkəyə giriş şərtlərini sərtləşdirməyi tövsiyə edib.

 

"Orada baş verənlərin səbəbi miqrasiyadır; məsələ məktəblər və ya başqa bir şeylə bağlı deyil", - deyə o əlavə edib.

 

Həftəsonu Parisdə və Fransanın digər böyük şəhərlərində etiraz aksiyaları keçirilib. Rəsmi olaraq hakimiyyət orqanlarının diqqətini artan qiymətlərə və təhsil sistemindəki problemlərə yönəltmək məqsədi daşıdığı iddia edilsə də, əslində, nümayişçilərin xeyli hissəsi mağazaları qarət edib və polislə qarşıdurmaya girməyə çalışıb.

Qərb mətbuatı qeyd edir ki, iğtişaşlarda iştirak edənlərin böyük bir qismi miqrantlar, yaxud miqrantların övladları və nəvələridir.

Bəzi avropalı siyasətçilərin və ekspertlərin fikrincə, bu hadisələr onu göstərir ki, son onilliklər ərzində Fransa əcnəbi mənşəli milyonlarla vətəndaşına ölkənin ənənəvi dəyərlərini aşılaya bilməyib və ya onları Fransa cəmiyyətinə tam şəkildə inteqrasiya etməkdə uğursuz olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO