Səudiyyə Ərəbistanı Məkkədə iki Banqladeş vətəndaşını edam edib

Səudiyyə Ərəbistanı Məkkədə iki Banqladeş vətəndaşını edam edib

Hazırda oxunan: Səudiyyə Ərəbistanı Məkkədə iki Banqladeş vətəndaşını edam edib
643170
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səudiyyə Ərəbistanında Məkkə şəhərindəki məsciddə "namussuz/əxlaqsız hərəkətlər" etməkdə günahlandırılan iki Banqladeş vətəndaşı edam edilib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, hökmün icrası barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında cinayətkarların "əməllərinin ağırlığı və müqəddəs məkanın toxunulmazlığını pozduqları" üçün edam edildikləri bildirilir. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatları haqqında əlavə məlumat təqdim etməyiblər.

Yayılan görüntülərə görə, onların qılıncla boyunları vurulub.

Öz növbəsində Banqladeş hakimiyyəti Səudiyyə Ərəbistanının hökmün çıxarılması və edamın həyata keçirilməsi barədə onlara məlumat vermədiyini bəyan edib. Banqladeş Xarici İşlər Nazirliyinin nümayəndəsi Şama Obaed bildirib ki, qurum krallıq hökumətinə baş verənlərlə bağlı "ətraflı məlumat" təqdim olunması xahişi ilə məktub ünvanlayıb.



Səudiyyə Ərəbistanı Məkkədə iki Banqladeş vətəndaşını edam edib - foto 1
Səudiyyə Ərəbistanı Məkkədə iki Banqladeş vətəndaşını edam edib - foto 2
Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO