SON DƏQİQƏ! Qobustanda torpaq qatı ÇÖKDÜ – Ölən və yaralanan var – VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qazıntı işləri aparılan zaman torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi cinsli) m...