Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olundu - FOTO
Sentyabrın 23-də Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən səfir İssam bin Saleh əl-Cuteyl bildirib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər 1991-ci ildən başlayır. İki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər sayəsində hazırda müxtəlif sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunur.
Səfir qeyd edib ki, hazırda Hökumətlərarası Birgə Komissiya və Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurası vasitəsilə ticarət mübadiləsinin həcminin artırılması və...