Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO
Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 6 itkin-şəhidi dəfn ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, hərbçi Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-də saat 13:00-da Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunacaq.
İyulun 3-də isə mülki şəxslər Kamalov Bahadur Məhəmməd oğlu saat 12:00-da Kəlbəcər rayonunun Zar kəndi yeni qəbiristanlığında, Babayeva Mədinə Rəhim qızı saat 13:30-da Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Həmin gün hərbçilər Əhmədov Rauf Əjdər oğlu saat 14:00-da Goranboy rayonun...