Bu gün müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğurun toyudur.
Moderator.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 6 aylıq ayrılıqdan sonra yenidən sevgili olan və evlənməyə qərar verən cütlük bu gün səhərdən toylarını qeyd etməyə başlayıblar.
Səhər tezdən Murad Merveni ata evindən götürmək üçün zurna balabanla onların evinə gedib. Cütlüyün dostları ilə çəkdirdikləri ümumi foto isə "Aşk-ı memnu" serialının posterinə bənzədildi.
Qeyd edək ki, Dalkılıçın ailəsi gəlinlərinə dəyəri 50 min lirə (təxminən 17 min manat) olan qızıl dəst hədiyyə edəcək. İfaçı özü isə həyat yoldaşına 60 min lirəlik (təxminən 21 min manat) brilyant üzük alıb. Toya bir çox məşhur dəvət olunub.

- A-
- A
- A+
Şou-biznes
22:10 / 24.08.2015
Murad Merveni ata evindən belə götürdü - FOTOLAR
Hazırda oxunan: Murad Merveni ata evindən belə götürdü - FOTOLAR
Hazırda oxunan: Murad Merveni ata evindən belə götürdü - FOTOLAR
92065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































