“CinemaPlus”da türk filmi “Dəmir qadın: Neslican” - VİDEO

“CinemaPlus”da türk filmi “Dəmir qadın: Neslican” - VİDEO

Hazırda oxunan: “CinemaPlus”da türk filmi “Dəmir qadın: Neslican” - VİDEO

598219
“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Dəmir qadın: Neslican” türk bioqrafik dram filminın nümayişinə start verilib.
 
Filmin rejissoru Özgür Bakar, ssenari müəllifi Nalan Merter Savaşdır. 
 
Baş rollarda Naz Çağla Irmak, Deniz Uğur, Məsut Akusta.
 
Müddəti 150 dəqiqə. Yaş həddi 12+
 
Film real hadisələr əsasında çəkilib və 2019-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişən “Dəmir qadın” kimi tanınan Neslican Tayın həyatından, xərçəng diaqnozu qoyulandan sonra keçdiyi müalicə prosesi və bu müddət ərzində onun həyat mübarizəsindən bəhs edilir. Bütün Türkiyə Neslicanın bu ağır xəstəliyinin şahidi olub.
 
İstanbul ticarət mərkəzində Neslicanın valideynləri, qardaşı və bacısının iştirakı ilə filmin qala gecəsi baş tutub.
 
“CinemaPlus” şəbəkəsi kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO