"Həmişə narahat idim ki, bu 50 ildə nəsə etmişəmmi, konsert mənə həyatı daha çox sevdirdi"

Hazırda oxunan: "Həmişə narahat idim ki, bu 50 ildə nəsə etmişəmmi, konsert mənə həyatı daha çox sevdirdi"

247824
“Belə qənaətə gəldim ki, həyatda öz millətim və dövlətim üçün boş yerə yaşamamışam”

Bunu xalq artisti Yalçın Rzazadə Moderator.az-a açıqlamasında noyabrın 15-də Heydər Əliyev Sarayında yaradıcılığının əlli illiyinə həsr olunmuş konsertindən danışarkən deyib. Xalq artisti bildirib ki, hər şey çox yüksək səviyyədə təşkil edilib:


“Konsert sənət fəaliyyətimin 50 illiyinə həsr olunmuşdu. Özümü bir daha sözün həqiqi mənasında xoşbəxt hiss etdim. İlk olaraq dövlətimizə minnətdarlığımı bildirirəm. Mənim üçün çox böyük işlər gördülər. Səhnədə hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Ürəyim istəyən yaşlı və gənc sənət dostlarım məni təbrik etdilər. Zalda tamaşaçı əlindən yer yox idi, çox insanlar ayaq üstdə qaldılar. Konsertimdə öz mənəviyyatını qoruyub saxlayan ziyalılar iştirak edirdi. Belə düşündüm ki, həyatda öz millətim və dövlətim üçün boş yerə yaşamamışam. Əlli il mənim üçün bir nəticə idi. Səhnədə üç tələbəm yüksək səviyyədə çıxış etdilər. Həmişə narahat idim ki, bu əlli ildə nəsə etmişəmmi? Konsertin nəticəsi mənə həyatı daha çox sevdirdi. Sənətkarlar hər biri öz tarixini yaradır və onlar həyatdan getdikdən sonra sənətləri daim yaşayır. Çox xoşbəxtəm ki, bu sözlər mənim üçün də deyilir. İstəyirəm ki, daha çox yaşayam. Tamaşaçılara söz verdim ki, gələn il sağ qalsam, böyük bir konsert verəcəm”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO