
- A-
- A
- A+
Şou-biznes
18:57 / 17.01.2018
2 dəq oxunma
Arvadı ilə 20 il “bacı-qardaş”x9d olan Əli Mirəliyev: “Əşi, sizə nə dəxli var?”x9d
Hazırda oxunan: Arvadı ilə 20 il “bacı-qardaş”x9d olan Əli Mirəliyev: “Əşi, sizə nə dəxli var?”x9d
208626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Nə gizlədim, iyirmi ildir ki, arvadımla bacı-qardaş kimiyəm, arada biqeyrətlik edirəm. Amma heç vaxt boşanmaq barədə düşünməmişəm”x9d.
Müğənni Əli Mirəliyevin yenicag.az saytına verdiyi bu açıqlama ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xüsusən də sosial şəbəkələrdə müğənnini bu fikirlərinə görə tənqid atəşinə tutanlar da tapılıb.
Məsələ ilə bağlı müğənni Əli Mirəliyev musavat.com-a danışıb. Müğənni dediklərinin bir zarafat olduğunu bildirib: “O fikirləri zarafatla demişəm. Mənim özümün uşaqlarım, nəvələrim var, siz nə danışırsız? Sadəcə efirdə “mırt”x9d tutmaq üçün dedim”x9d.
Müğənni onu tənqid atəşinə tutanlara da reaksiya bildirib: “Başqalarının fikirləri mənim üçün deyil. Əsas həyat yoldaşımın fikri mənim üçün əsasdır. Sizcə 20 il bacı-qardaş qalmaq olar? Bu, 20 gün, 20 ay olar, amma 20 il olmaz axı... Biz həmişə küsən kimi barışmışıq. Zarafatca demişəm, camaat məndən əl əksin. Sadəcə, Elgiz dedi ki, “Mərdəkanda tək qalırsan, yoldaşın yanında deyil, ayrılmısız?”x9d Dedim ki, “yox”x9d... Daha yorulmuşam, camaatın əlindən... Axırda dedim ki, “hə, belədir”x9d.
Mənim bütün dərd-sərimi həyat yoldaşım həll edir. O da deyir ki, “məni tamam biabır etmisən”x9d. Mən də dedim ki, “kül ağlına, zarafat edirəm”x9d. Axı, nə qədər deyim ki, yoldaşım şəhərdə işləyir. Tez-tez soruşurlar ki, “niyə səninlə qalmır?”x9d Əşi sizin nəyinizə lazımdır? Elgiz də mənə o sualı vermişdi. Dedim ki, “arxayın ol, mən yoldaşımlayam”x9d. Yoldaşım hər həftə gəlir, xörəyimi bişirib gedir, ya da özüm şəhərə, yanına gedirəm. Sadəcə, Mərdəkanın havası mənə düşür. Ona görə də, iki yol arasında qala bilmirəm”x9d.
Xatırladaq ki, bundan əvvəl də müğənni Əli Mirəliyev həyat yoldaşı ilə “bacı-qardaş”x9d olduğunu, aralarında soyuqluq yarandığı haqda fikirlər səsləndirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































