
- A-
- A
- A+
Şou-biznes
18:54 / 15.01.2018
2 dəq oxunma
Qayınanasına görə tənqid olunan Sevda: “Ərim nə desin?”x9d
Hazırda oxunan: Qayınanasına görə tənqid olunan Sevda:
“Ərim nə desin?”x9d
208291
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Müğənni Sevda Sanaliyeva qayınanası haqqında səsləndirdiyi sərt fikirlərə görə tənqidlərə məruz qalıb. Belə ki, müğənninin qayınanasına nifrət etdiyini deməsi və onu polislə hədələməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri Sevda qədər, onun həyat yoldaşını da qınayıblar. Bildiriblər ki, həyat yoldaşı müğənni haqqında ölçü götürməlidir.
Hadisədən bir gün sonra müğənni doğum gününü qeyd edib. O, həyat yoldaşının başından gül ləçəkləri tökdüyü videonu “İnstagram”x9d səhifəsində bölüşüb. Ifaçının xoşbəxt ailə tablosunu nümayiş etdirməsi də birmənalı qarşılanmayıb.
Moderator.az xəbər verir ki, Musavat.com Sevda Sanalıyeva ilə əlaqə saxlayıb və haqqında səsləndirilən ittihamlara münasibət öyrənib. Sənətçi bildirib ki, sözügedən iradlar yersizdir:xa0
“Bu məsələ haqqında fikirlərimi sosial şəbəkədə bildirdim. Anam təhqir olunduğu üçün susmadım. Susa da bilmərəm. Yoldaşım mənə nə desin? Söhbət anamdan gedir. Bu haqda artıq danışmaq istəmirəm”x9d.
Qeyd edək ki, müğənni şəxsi “İnstaqram”x9d hesabında təhqirlərə məruz qaldığı üçün məhkəməyə müraciət edəcəyini vurğulamışdı. Buna səbəb müğənninin qayınanasının sosial şəbəkədə aşağıdakı fikirləri bölüşməsidir:xa0
"Sən Cəmili evlə, maşınla, paltarla aldadıb özünə ər etmisən. O, özü də deyib ki, Sevdanı aldadıb atacağam. Onun səs yazısı da var. İki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacağam".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































