
- A-
- A
- A+
Şou-biznes
16:44 / 14.08.2017
1 dəq oxunma
Gənc aktrisanın ürəyi dayandı
Hazırda oxunan: Gənc aktrisanın ürəyi dayandı
188146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gənc aktrisa Mila Əminə süni nəfəs aparatından ayrılıb.
Moderator.az xəbər verir ki, bu barədə primetime.az-a İstanbulda olan müğənni Rəqsanə İsmayılova məlumat verib. O bildirib ki, hazırda Mila Əminənin yatdığı klinikadadır: "Milanın ürəyi aparatda ola-ola dayanıb. Həkimlər orqanlarını çatdırıb götürə bilmədilər. Təzyiqi də çox düşmüşdü".
xa0
Müğənni aktrisanın sabah dəfn olunacağını deyib: "Bu gün xəstəxanadan nəşini çıxarırlar. Sabah dəfn olunacaq. Çox pisəm. Anasını elə çarəsiz gördüm, çox pis oldum. Anası Milanı tək başına, atasız böyüdüb. Deyir, qəbiristanlıqda yatacam. Qızımdan sonra yaşaya bilmərəm".
xa0
Xatırladaq ki, bu gün səhər saatlarında anası Milanın orqanlarını ehtiyacı olan xəstələrə bağışlayacağını açıqlamışdı. Lakin son anda vəziyyət dəyişib, Milanın orqanlarını götürmək mümkün olmayıb. Çünki onun ürəyi aparatdan ayrılmadan öncə dayanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































