XİN-də Küveytin yeni səfiri ilə görüş keçirildi - FOTO

XİN-də Küveytin yeni səfiri ilə görüş keçirildi - FOTO

Hazırda oxunan: XİN-də Küveytin yeni səfiri ilə görüş keçirildi - FOTO
89490
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Küveytin ölkəmizə yeni təyin olunmuş səfiri Abdullah Məhəmməd Almauidi Xarici İşlər Nazirliyində (XİN) qəbul edib.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, E.Məmmədov səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Küveytin ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir müavini, ölkələrimiz arasında beynəlxalq təsisatlar, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı (İƏT), BMT və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirib.

Nazir müavini ikitərəfli əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli səfərlərin, eləcə də parlamentlərarası əlaqələrin məxsusi rolunu vurğulayıb.

O, iqtisadi sahədə əməkdaşlığa toxunaraq, son dövrlər iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müşahidə olunan artımın sevindirici hal olduğunu bildirib, bu istiqamətdə münasibətlərin inkişafı üçün Hökumətlərarası Birgə Komissiyanın əlverişli mexanizm olduğunu diqqətə çatdırıb.
Nazir müavini, həmçinin Vətən müharibəsi və ərazilərimizin işğaldan azad olunması barədə həmsöhbətini məlumatlandıraraq, hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə danışıb.

Öz növbəsində, səfir A.Almauid qəbula görə təşəkkürünü bildirib.

O, dost və qardaş Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, ticarət və turizm sahələrində inkişafında maraqlı olduqlarını qeyd edərək, fəaliyyət dövrü ərzində ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Görüşün sonunda səfir Abdullah Məhəmməd Almauid etimadnaməsinin surətini xarici işlər nazirin müavini Elnur Məmmədova təqdim edib.

Bizim.Media

XİN-də Küveytin yeni səfiri ilə görüş keçirildi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO